HACIQAİBDƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ YERİNDƏ ARAŞDIRILDI

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi və onları narahat edən məsələlərin yerində araşdırılması məqsədilə Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Hacıqaib kəndində növbəti səyyar qəbul keçirilib.

Səyyar qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hər biri üzrə aidiyyəti üzrə araşdırılaraq cavab verilməsi, vətəndaşların müraciətlərinin operativ şəkildə həll olunması ilə bağlı müvafiq qurumların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib. Bəzi məsələlərin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib. Səyyar qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Hacıqaib kənd tam orta məktəbinin qarşısında inşa edilən Şəhidlər xatirə kompleksinin və təhsil müəssisəsində yaradılan Şəhid xatirə guşələrinin önünə gül dəstələri düzərək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.