GƏNCƏ TERRORUNDAN 2 İL ÖTÜR
Baxış sayı: 490
Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terrordan iki il ötür. Halbuki Gəncə döyüş bölgəsindən 60 km. məsafədə yerləşir. Buna baxmayaraq düşmən döyüş bölgəsindən çox uzaqda olan Gəncə şəhərini oktyabr ayı ərzində beş dəfə raket hücumuna məruz qoyub. Toçka U raket sistemindən istifadə edən düşmən, insanların sıx yaşadığı ərazini gecə saatlarında raket atəşinə tutub. Şəhərdə yaşayış binalarına, infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə və tarixi tikililərə külli miqdarda ziyan dəyib. Dünya tarixinə yazılacaq qanlı terror aksiyası bir daha sübut edir ki, Ermənistan müharibənin qanunlarını pozan və terroru dövlət səviyyəsində himayə edən siyasət həyata keçirir. Gəncə terroru düşmənin Qarabağ bölgəsindən kənarda törətdiyi ilk və ən genişmiqyaslı hücumu idi. Xatırladaq ki, Vətən müharibəsi dövründə ümumilikdə ermənilərin sivil əhaliyə qarşı törətdikləri terror nəticəsində : - 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 2888 nəqliyyat vasitəsinə zərər dəyib.
Ən pisi isə budur ki, mülki əhaliyə olan hücumla bağlı terrorçu dövlətə nə xəbərdarlıq, nədə sanksiyalar tədbiq edildi. Həmişə olduğu kimi, bu dəfə də terrorla mübarizə apardıqlarını dünyaya bəyan edən dövlətlər ağızlarına su almağı üstün tutdular.