GƏLƏNƏKSƏL TÜRK ATLI OXÇULUĞU

Bizans şahzadəsi, imperator I Alekseyin qızı Anna Komnena deyirdi: "Bir Türk hücuma keçmişdirsə, düşmənini ox ataraq haqlar. Özü qovalanırsa, oxları sayəsində üstün gəlir. Atdığı ox uçaraq ata və ya atlıya batar. Ox çox güclü bir əllə dartılmışdırsa, gövdəni deşib keçər. Türklər həqiqətən çox usta oxçulardı". Təxminən e.ə. 5-ci minillikdən etibarən Altay və Tanrı dağları və ətrafında ortaya çıxan, daha sonra da Orta Asiyaya tamamilə hakim olan "Atlı Bozqır mədəniyyətində" atlara və oxçuluğa böyük əhəmiyyət verilirdi. Tarixdəki Türk atlı oxçuları, dörd nalla gedərkən dönüb arxaya ox ataraq hədəfə tam sərbəst ox atma ustalıqlarıyla tanınıblar.