GƏLƏN İL AZƏRBAYCANDA KARTLARLA NƏQLİYYAT VASİTƏLƏRİNDƏ ÖDƏNİŞ ETMƏK MÜMKÜN OLACAQ ?

Hansı tip kartlarla bu əməliyyatı etmək mümkündür? London, Ankara,Sant Peterburq ,Moskva kimi böyük şəhərlərdə maaş kartları ilə ictimai nəqliyyatda ödəniş etmək mümükündür .Bəs bizdə necə bu sistem nə vaxt formalaşdırılacaq?

Gələn il Mastercard-ın dəstəyi ilə Azərbaycanda kart vasitəsilə nəqliyyat vasitələrində ödəniş etmək mümkün olacaq”.“Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib. Erdem Çakar bildirib ki, sözügedən sistem bir neçə ölkədə tətbiq olunur: “Azərbaycanda son illər nağdsız cəmiyyət konsepsiyası olduqca inkişaf edir. Bu inkişafa daha bir qatqı isə vətəndaşların maaş kartları ilə NFS texnologiyası əsasında metro, avtobus və qatarda gediş haqlarını ödəməsi olar”. Erdem Çakar bildirib ki, sözügedən sistem bir neçə ölkədə tətbiq olunur.Erdəm Çakarın sözlərinə görə Bakıda da bu sistemi tətbiq etmək lazımdır. Bu gün Bakı regional miqyasda iri şəhərə çevrilib, hər il turistlərin sayı artır. İctimai nəqliyyatda plastik kartla ödəniş sistemini tətbiq etmək zərurəti yaranıb və “MasterCard bu tapşırığı öhdəsinə götürür. O əlavə edib ki, bununla paralel olaraq “MasterCard” “Bakıkart”la birgə ödəniş kartının müəyyən olunan limiti başa çatdıqdan sonra avtomatik doldurulması ilə bağlı layihəni müzakirə edir.