GƏLƏCƏK MEŞƏ

Meksikada  ekologiyanı qorumaq məqsədilə “Gələcək Meşə”

adlı layihə hazırlanıb. Planetimizdə plastik istifadəsinin dayanmadan artamsı ilə birlikdə  qarşısı alınmaz bir tullantı yığımı əmələ gəlir. Bunu günlük həyatınızda çox hiss etmirsinizsə səbəbi hər gün buna qarşı çalışan və təbiəti qoruyan könüllülərdir.

Meksikada konüllülərin yaratdığı “Gələcək Meşə” layihəsi yalnız toplumu bilgiləndirmir. Könüllülər bu layihə çərçivəsində hər gün çətin şərtlərdə doğamız üçün çalışır. Yeddi yüzdən çox şagirdin çalışdığı bu layihədə iki ay içində  üç tonluq plastik tullantı, 500 metr ərazilik rəngli bir meşəyə dönüb. Eyni zamanda burada təşkil olunan festivallar sayəsində ziyarət edənlərdən yardım toplanaraq "Gələcək Meşə" üçün yaşam məkanları yaradılır.