GÜZƏŞTLİ EV ALMAQ İSTƏYƏNLƏRƏ MÜJDƏ
Baxış sayı: 545
Tezliklə növbəti güzəştli mənzillər satışa çıxarılacaq. Bu barədə Mənzil İnşaat Dövlət Agentliyi bilgi verib
“Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mənzillərin satışı ilə bağlı seçim elan olunacaq. Satış tarixindən ən azı 30 gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”. Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. O deyib ki, mənzillərin əvvəlcədən bron edilməsi barədə iddiaların heç bir əsası yoxdur.
F.Qurbanlı qeyd edib ki, Gəncə Yaşayış Kompleksində artıq 7731 mənzil artıq inşa edilib. Bununla yanaşı, 13 sosial obyekt istifadəyə verilib.
MİDA təmsilçisi, həmçinin əlavə edib ki, işğaldan azad olunmuş Füzuli şəhərində də yeni yaşayış məhəlləsinin salınması istiqamətində Agentlik tərəfindən tikinti işləri həyata keçirilir. Bu günə qədər Agentliyin sərəncamındakı mənzillərə həm güzəştli mənzil sistemi, həm də dövlət sifarişi vasitəsilə 5761 nəfər sahib olub.
Ümumilikdə isə güzəştli mənzil sistemində qeydiyyatdan keçmiş şəxslərin sayı artıq 25 mini ötüb, yəni 25 min vətəndaş artıq güzəştli mənzil sistemindən qeydiyyatdan keçib.