GÜRDƏHLİ QAZİNİN ŞİKAYƏTİ DİNLƏNİLDİ
Baxış sayı: 491
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Rük kənd inzibati ərazi dairəsinin Gürdəh kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Həbibov Murad Asəf oğlunun Gürdəh kəndində yaradılmış xatirə lövhəsinin önünə gül dəstələri düzmüşdür.