Gürcüstanın “Post TV” televiziya kanalının “Post-Alion” səhər verilişi Beynəlxalq Ana Dili Gününə həsr olunub.Sözü gedən verilişdə müxtəlif xalqların adət-ənənələri və milli rəqsləri təqdim olunub.
Proqramda Azərbaycan mədəniyyətinə də yer verilib. “Ceyran” rəqs ansamblının ən kiçik solistləri Turan və Güllü Abdullayevalar Azərbaycanın “Naz eləmə” milli rəqsini ifa ediblər. Rəqs nömrəsini verilişin aparıcıları və qonaqları heyranlıqla və alqışlarla qarşılayıblar. Aparıcılardan biri Azərbaycan dilində “Çox sağ ol!” deyərək balaca rəqqaslara təşəkkürünü bildirib.