GÜNƏBAXAN SAHƏLƏRİNDƏ MƏHSUL YIĞIMINA BAŞLANILIB

Bu il Azərbaycanda təxminən 11 min hektara yaxın sahədə günəbaxan əkilib və hal hazırda həmin sahələrdə məhsul yığımına başlanılıb. Respublikanın günəbaxan sahələrində məhsul yığımına başlanılır. Günəbaxan əksər bölgələrdə rayonlaşdırılmış bitki sayılır. Günəbaxan sahələrinin böyük əksəriyyəti ölkə üzrə Gəncə-Daşkəsən, Qarabağ və Qazax-Tovuz iqtisadi rayonlarının ərazisinə düşür.Günəbaxan bitkisinin becərilməsi üzrə ənənələri olan rayonlardan biri də Samux rayonudur. Bu il Samuxda 1791 hektar sahədə günəbaxan əkini aparılıb.