GÜNEY AZƏRBAYCANLILAR İLHAM ƏLİYEVİ PREZİDENTLƏRİ OLARAQ GÖRÜRLƏR
Baxış sayı: 458
Oktyabrın 25-də İranın müxtəlif şəhərlərində və onlarla universitetində etiraz nümayişləri davam edib. Güney Azərbaycanın Təbriz və Marağa şəhərlərində də geniş etiraz aksiyaları təşkil edilib. Nümayişçilər Xameneyi əleyhinə şüarlar səsləndiriblər.Güney Azərbaycan şəhərlərində keçirilən aksiyalar xüsusilə Marağada daha geniş və izdihamlı olub.Marağalılar "ölüm olsun Xameneyiyə", "ölüm olsun diktatora" şüarları səsləndirib, şəhəri İsam Respublikasına aid simvollardan təmizləyiblər. Təbrizdə keçirilən aksiyada isə oxşar şüarlar səsləndirilib, reklam banerlərinin üzərinə "ölüm olsun diktatora" şüarları yazıblar. Maraqlı bir məqam isə Güney Azərbaycanda insanların Prezident İlham Əliyevin fotosunu divarlarına "Güney Azərbaycan Prezidenti" yazısı ilə yapışdırmalarıdır.