GÜCLÜ ZƏLZƏLƏ OLDU

Yanvarın 23-nə keçən gecə Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bilgi yayıb. Bildirilib ki,ocağı 9 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentri Çinin Aksu əyalətindən 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə yerləşib. Almatı Səhiyyə İdarəsinin bilgisinə görə Almatıda baş verən zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, onların hamısı dərhal şəhərdəki xəstəxanalara çatdırılıb. Çoxları evlərindən təxliyə edilib, küçədə və ya avtomobillərdə olublar. Hadisə şahidlərinin verdiyi bilgiyə görə, bəzi ərazilərdə yollarda tıxaclar yaranıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyasını verdiyə bilgiyə əsasən zəlzələ Qırğızıstanın Qızıl-Su əyalətində 7,0 bal gücündə hiss edilib. Xatırladaq ki, yanvarın 23-dən 24-ə keçən gecə Qazaxıstanda və Qırğızıstanın Qızıl-Su əyalətində güclü zəlzələ baş verib. Zəlzələnin Qızıl-Suda 7,0 bal, Qazaxıstanın Almatıda şəhərində isə 6,7 bal gücündə olduğu bildirilir.