GÖYÇAYDA NAR YIĞIMI BAŞA ÇATMAQ ÜZRƏDİR
Baxış sayı: 930
Göyçaylı bağban Tahir Kərimov yarım hektar sahədə nar ağacları bəsləyib. Bağban deyir ki, bu il narçılıq üçün əlverişli olub. Nəticədə bağlarda məhsul da boldur. Hətta ötənilkindən də. Məhsulun əsas satış bazarı isə Rusiyadır. Amma bu bazarların əhatə dairəsi genişlənərsə, bağbanlar üçün daha faydalı olar. İndi onları daha çox maraqlandıran Avropa bazarlarına çıxış əldə etməkdir.