GÖYCƏ YALNIZ NAXÇIVANDA YETİŞİR

İyunun 4-də və 5-də Naxçıvanda ənənəvi “Göycə” festivalı keçirilib. Aparılmış tədqiqatlar göstərir ki, Naxçıvanqala təkcə müdafiə məqsədi daşımayıb, həm də bu tarixi ərazidə formalaşan ilkin şəhər mədəniyyətinin də ayrılmaz elementinə çevrilib. Bu gün Naxçıvanqala həm də festivallar məkanıdır. İyunun 4-də və 5-də hər il keçirilən ənənəvi “Göycə” festivalına qatılmaq istəyən hər kəs məhz Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə üz tutdu.