GÖRMƏ BACARIĞI OLMAYAN ADAM EVERESTƏ NECƏ ÇIXDI?

Əgər həyatdan nə istədiyinizi bilirsinizsə, xəyallarınızı gerçəkləşdirmək üçün lazım olan hər şeyə sahibsiz deməkdir. Hər kəsin həyatda bir məqsədi var. Bu məqsəd bizə yaşamağa həvəsləndirən və dəstək olan bir vasitədir. Dünyaya gələndə bəzən insanlar eyni şərtlərlə doğulmurlar. Kimisi eşitmə əngəlli olur, kimisi də görmə.

Erik Vinmayer 13 yaşında xəstəliyi üzündən görmə qabiliyyətini itirir. Və elə yeniyetmə yaşından bəri Erik günəşin doğmasını, fəsillərin dəyişməyini görə bilmir. Amma həyatı sevən, yaşam dolu olan Erikin bir məqsədi var idi. Dünyanın ən böyük zirvəsi 8848 m hündürlükdə olan Everest. Hər il minlərlə insanın fəth etmək üçün əllərindən gələni etdikləri Everest. Erikin ən böyük məqsədi Everest zirvəsini fəth etmək idi. Ancaq onun çvrəsində olan insanlar tərəfindən bu fikir dəstəklənmir. Görməyən bir adam Everest zirvəsinə necə çıxa bilər?. Amma Erik bütün fikirləri alt-üst etdi. 2001-ci il mayın 25-də Erik adını tarixə yazdırdı. Everesti fəth edən ilk gözdən əlil adam olaraq yeni bir başlanğıcın əsasını qoydu. Məşhur yazıçı Paul Koelho Erik haqqında deyir “Əgər həyatdan nə istədiyinizi bilirsinizsə, xəyallarınızı gerçəkləşdirmək üçün lazım olan hər şeyə sahibsiz deməkdir. Eynən yüksək dağlara dırmanan və gözləri görməyən Erik Vinmayer kimi.”