İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını başa çatdırıblar. Hazırda isə gilasın digər sortlarının yığımına başlanılıb.
Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndəriləcək.