GEDƏCƏYİNİZ ÖLKƏNİ ƏVVƏLCƏDƏN ARAŞDIRIN!

Yerlilər harada daha ucuz və dadlı yeməklər olduğunu bilirlər. Ancaq turistlər məlumatsız olanda, getdikləri restoranlarda qiymətlərin 50-60 faiz baha olduğunu bilmirlər. Habelə onların nəqliyyat xərcləri də çox olur. Ona görə də, hara gedəcəyinizi və hansı nəqliyyatdan istifadə edəcəyinizi öncədən müəyyənləşdirin. Əgər avqustda səyahət edəcəksənsə, bunu ilin əvvəlindən planlaşdırmalısız. Biletlərin qiymətini izləmək, ən ucuz vaxtda almaq lazımdır. 4-5 ay öncə almasanız, baha başa gələcək. Öncədən planlamaq xərclərə 30-40 faiz təsir edir. Quru sərhədlər bağlı olduğu üçün ancaq hava yolları ilə səyahət mümkündür. Bu da təbii ki, istirahəti daha baha edir. Avqust ayında istirahət etməyi planlayanlara kədərli bir xəbərimiz də var. Belə ki, araşdırmamıza görə avqust ayının istənilən tarixi üçün minimum qiymətlərə bilet tapmaq mümkün deyil. Yəni istirahətinizi istədiyiniz deyil, bilet tapdığınız günlərə salmalı olacaqsınız.