FRANSIZLAR ZƏNGƏZURDA NƏ AXTARIRLAR?

Çağdaş Əlcəzair dövlətinin ərazisində qədim zamanlarda əski Liviya tayfaları

yaşayırdılar. Tarixin müxtəlif çağlarında, fərqli sınaqlara üzləşən Əlcəzairin yerli hakimləri  bir də ispan müstəmləkəçilərindən qorxaraq 1518-ci ildə Türklərə sığındılar və Osmanlı imperiyasından yardım istəyirlər. Onların bu yardım çağırışlarna cavab olaraq Əlcəzair əraizisi Osmanlı imperiyasının tərkibinə daxil olur. Osmanlı İmperiyasının tərkibinə qatılana qədər ərəb işğalı ilə üzləşən Əlcəzairdə dövlət dili də, xalqın işlətdiyi danışıq dili də ərəb dili idi və ərəb dili olaraq da qaldı. Ta o vaxta qədər ki, 1830-cu ildə bu ərazilər Fransa tərəfindən işğal edilir. Bundan sonra torpaqları müstəmləkə altına düşən Əlcəzairin dili də əlindən alınmağa başlanır. İllərlə xalqlrı parçalayıb öz müstəmləkələri altında saxlayan Fransa yaxşı bilirdi ki, ya yalan vədlərlə, ya da güc hesabana bir xalqın dilini ox edərlərsə o xalq da xalq olaraq yer üzündən silinər. Əlcəzair işğal olunandan sonra burda fransız dili qüvvəyə minir. Amma təbii olaraq öz azadlıqları uğrunda illərlə savaşan Əlcəzair xalqı böyük itkilər hesabaına da olsa həm azadlığına qovuşmağı, həm də öz dilini qorumağı bacardı.Azərbaycanda 1905, 1918, 1992-ci illərdə ermənilər terrorçularnın törətdikləri qətliamlar kimi 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliamlar demək olar ki, eynidir. Fransa hökumətinin hələ “öyünərək” verdiyi bilgidə öldürülmüş əlcəzairlilərin sayının 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir. 132 il müstəmləkə altında saxladığı Əlcəzair torpağı Fransa üçün önəmli yerlər idi. Məqsəd to idi ki, o torpaqlarda nə qədər maddi sərvətlər var Faransız işğalçılarının kisəsinə axsın və bu torpaqlarada illərlə barışı və sülhün təminatçısı olanTürklər bölgədən sıxışdırılsın.Göründüyü kimi, Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda yürütdüyü siyasət çox oxşardır və rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Ərazisinə görə, Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi ermənilərin dırnaq arası insan hüquqlarının müdafiəçisinə çevriliblər.Həm də Zəngəzur dəhlizinin açılması məsələsi gündəm olunca. Yenə Fransa illərlə parçalanıb bir-birindən ayrı düşmüş Türk dünyasnını bir olmasına qarşı çıxmaq niyyətindədir.Tarixi türk yurdu olan indiki ermənistanın  rusiyadan uzaqlaşmasını fürsət bilən fransız müstəmləkəçiləri indi də ermənistanı özlərinin “arxa bağça”sı sayırlar. Eynilə bir çağlar əlcəzairi sandıqları kimi.Özününü “mülki təhlükəsizlik qüvvələri” maskası altında xüsusi xidmət orqanlarının 56 hərbçisinın, 2 “Dash” təyyarəsinin, 1 mobil idarəetmə stansiyasının, 2 ton avadanlığın və 2 xilasedici itini 10 oktyabr 2003-cü ildə İrəvana göndərməsi isə özünün “arxa bağça”sındakı durumu öyrənmək deyilsə bəs nədir?Fransa Avropa dırnaq arası xilasediciləri ilə birlikdə İrəvana gəlişinə “HOPE 2023” yəni, “Ümid 2023” adı verməklə özlərini erməni adlandırıb əslində heç erməni də olmayan haylara nə ümidlər verməyi düşünürlər? Sonda onları da fransızların digər müstəmləkələrinin aqibəti gözləməyə? Hər halda tarix göstərər.

{youtube}nwWB6aQcP28{/youtube}