FRANSIZ MACƏRAPƏRƏSTLƏR “CƏNNƏT QAPISI”NI UÇARAQ KEÇDİ.

 Fransız macerapərəstlər Fred Fugen və Vince Reffet dünyanın ən çətin coğrafiyasında jet qanadlarla uçdu. Sürətləri 400 km / saat çatan ikili Çinin Hunan bölgəsindəki "Cənnət qapısı" olaraq bilinən Tianmen dağını keçdi.

İkilinin uçuş avadanlığı dörd reaktor tərəfindən gücləndirilmiş karbon lifindən hazırlanan qanadlardan ibarət idi. Uğurlu uçuş sonrası təsüratlarını bölüşən ikilidən Fugen "Xəyalım gerçəkləşdi, çox maraqlı təcrübə idi" dedi. Reffet isə, əvvəlcə bir az qorxulu olduğunu və Tianmendəki qayalar arasındakı nəhəng dəlikdən keçəndə qorxduğunu söylədi.