FRANSANIN ERMƏNİ SEVGİSİ

Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Fransanın istər yuxarı palatası olan senat, istərsə də aşağı palatası tərəfindən Azərbaycana qarşı qərəzli və heç bir əsası olmayan qətnamələr qəbul olunub. Həmin dövrdən Azərbaycan dövləti fransa tərəfinə müraciət edib və bu istiqamətdə artıq öz mövqeyini dəyişərək Azərbaycanın nümayiş etdirdiyi sülh siyasətinə dəstək verməyə çağırıb. Fransa yenə artıq keçmişdə qalan Minsk Qrupu üzvü kimi regionda öz rolunu gücləndirməyə çalışır. Bunun da arxasında ermənipərəst mövqe var. Ona görə də Fransanın Azərbaycanın bilavasitə təhlükəsizliyi ilə bağlı məsələlərdə fəal rol almasının məqsədəuyğunluğu müəyyən suallar doğurur.