Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir. Aprelin 7 – də keçirilən aksiyalarda 600 minədək etirazçı iştirak edib. Etirazlar zamanı polislə toqquşmalar
baş verib. Qarşıdurmalarda 154 polis xəsarət alıb, 111 nəfər saxlanılıb. Qeyd edək ki, 100 minlərlə insan prezident Emmanuel Makronun mübahisəli pensiya islahatlarına qarşı aylardır etiraz edir. Təhlükəsizlik qüvvələri başda Paris olmaqla, Fransanın digər böyük şəhərlərində etirazçılara qarşı gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edir. Xatırladaq ki, islahat mərhələli şəkildə pensiya yaşının 62- dən 64 - ə qaldırılmasını, bəzi pensiya növlərinin ləğvini və təqaüdlərin 1200 Avroya çatdırılmasını əhatə edir.