FRANSA SEPARATÇILARA QUCAQ AÇIR
Baxış sayı: 523
Fransanın Azərbaycana qarşı təxribatları davam edir. Belə ki, seperatçıların rəhbəri Arayik Arutyunyan ölkənin aparıcı media qurumu “France-24” telekanalına dəvət olunub. Proqramda Azərbaycanın xəritəsi təhrif olunub, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik edilib. “France-24” telekanalı həyasızcasına seperatçıların liderini qondarma qurumun “prezidenti” kimi təqdim edib. Həmçinin barışığa əməl olunmamasının məsuliyyətini Azərbaycanın boynuna atıb. İstər 44 günlük Vətən müharibəsində, istərsə də sonrakı proseslərdə qeyri-obyektiv yanaşma sərgiləyən Fransa mediası ictimaiyyəti yanlış yönləndirməyə çalışır.
Qeyd edək ki, Arayik Arutyunyan barəsində törətdiyi qanunsuz əməllər, dinc əhaliyə qarşı terror faktları nəzərə alınaraq Azərbaycan tərəfindən beynəlxalq axtarış elan edilib. Belə bir şəraitdə əli körpələrin qanına bulaşmış seperatçıya qucaq açmaq sözün kobud və əsl mənasında bəşəri dəyərlərə tüpürmək, insani duyğuları ayaqlar altına almaqdır. Lakin bütün bu təxribatçı addımlar Azərbaycan dövləti üçün bir milçəyin ürək bulandırmasından fərqlənmir.