AB və onun aparıcı üzvü Fransa son dövrlərdə Ermənistanda öz hərbi varlığını genişləndirmək üçün aktivləşib. Bu sözləri AB-nin Ermənistana hərbi-texniki heyət göndərmək planı
haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert Ermənistanın Rusiyadan qoparılması üçün proses getdiyini də bildirib.
Qeyd edək ki, AB-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos öz açıqlamasında təşkilatın bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərəcəyini deyib.