FİTRƏ ZƏKATI NEÇƏ MANAT OLMALIDIR?

Ramazan ayının orucluğu sona çatır. Martın 30-u Azərbaycanda Ramazan bayramının namazı qılınacaq. Bayram namazına qədər isə - öncəki axşam evlərdən fitrə zəkatı çıxarılacaq, ehtiyacı olanlara yardım ediləcək. İlahiyyatçılar deyirlər ki, oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. İslam şəriətinə görə, istər varlı olsun, istər yoxsul, istər sağlam olsun, istər xəstə - fitrə zəkatını çıxarmaq hamı üçün savabdır. Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır. Bəs Fitrə zəkatının miqdarı adambaşına nə qədərdir? Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bilgi yayıb. Bildirilib ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edək ki, fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. #Azərbaycan #Ramazan #oruc #fitrəzəkatı #fitrə #zəkat