"FİTO CLUB" MAĞAZALAR ŞƏBƏKƏSİNİN NÖVBƏTİ FİLİALI QUBADA
Baxış sayı: 78
“Fito Club” ölkə üzrə 10- cu filialını Quba şəhərinin H.Əliyev prospektində müştərilərinin üzünə açdı. Yeni mağazanın açılışı ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə mağazanın təqdimatı keçirildi. Tədbiri çıxış sözü ilə açan Herba Medical Tibb Mərkəzinin baş həkimi Füzuli Hüseynov bildirdi ki, “Fito Club” Herba Flora brendi olub Azərbaycanda analoqu olmayan təbii məsullar mənbəyidir. Qeyd edək ki, “Fito Club” un məqsədi tam təbii məhsulları əhaliyə çatdırmaq və insanların təbii məhsullara güvənini artırmaqdır. Xatırladaq ki, bu mağazada orqanik, qatqısız arı məhsulları və ballar, orqanik bitki və çaylar, bitki tərkibli kosmetik məhsullar və digər qida əlavələri müştərilərə təqdim olunur. Fito Club- Sağlamlığını düşünənlərin ünvanıdır.