Filippində alimlər naməlum insan növünün qalıqlarını aşkar ediblər. Bu barədə “Nature” jurnalı məlumat yayıb.Bildirilir ki, Filippinin Luson adasındakı Kalyao mağarasında üç şəxsə məxsus olan barmaq və bud sümüklərinin, həmçinin dişlərin qalıqları aşkar edilib. Onların yaşının təqribən 50-67 min il arası olduğu qeyd edilir.
Tədqiqatçıların rəyinə görə, tapılan fraqmentlərin morfoloji əlamətlərinin məcmusu deməyə əsas verir ki, bu qalıqlar indiyədək məlum olan insan növlərinə, o cümlədən nə “Homo floresiensis”ə, nə də “Homo sapiens”ə aid deyil. Bu qalıqlar tamamilə yeni insan növünə aiddir və onun tapıldığı Luson adasının adına uyğun olaraq “Homo luzonensis” adlandırılması qərara alınıb.
Alimlərin rəyinə görə, yeni insan növünün tapılması Afrikadan kənarda onun müxtəlif növlərinin olduğunu deməyə əsas verir və təkamülün çox mürəkkəb xarakterini təsdiq edir.