FHN-İN YANĞINSÖNDÜRMƏ QÜVVƏLƏRİNİN 100 ƏMƏKDAŞINDAN İBARƏT İLK QRUPU TÜRKİYƏYƏ YOLA SALINIB
Baxış sayı: 1104
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 30-da qardaş ölkəyə yola salınıb. Yanğınsöndürmə qüvvələrinin birinci qrupunun tərkibində 100 əməkdaş Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşüb. - Qrupun üzvləri Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və yanğınsöndürənlərə müvafiq tapşırıqlar verib.