FHN-İN YANĞIN-XİLASETMƏ QÜVVƏLƏRİNİN DÖRDÜNCÜ QRUPU TÜRKİYƏYƏ YOLA SALINIB
Baxış sayı: 1080
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb. 200 nəfərdən ibarət yanğın-xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Avqustun 6-da axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu artıq Türkiyədədir.