FESTİVALIN 2-Cİ GÜNÜ SU ÜZƏRİNDƏ ŞOU TƏQDİM EDİLƏCƏK
Baxış sayı: 480
Dünəndən başlayan "Texnofest-Azərbaycan" festivalı plana uyğun olaraq bu gün də davam edir. İlk dəfə Türkiyədən kənarda, yəni Bakıda keçirilən tədbir ölkəmizin dünyaya mesajıdır. Bu mesaj həmişə olduğu kimi gələcəkdə də bir yerdə addımlayacağımız anlamına gəlir.
Festivalın ilk günü maraqlı anlarla yadda qalıb. “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələrin Bakı səmasındakı çıxışları görənləri valeh edib. Bundan başqa dillərə dastan olan Bayraktar TB 2 polotsuz uçuş aparatı da havaya qaldırılıb. Azərbaycan şahinləri də səmada dövrə vuranlar sırasında idi.
“Texnofest” sayəsində türk övladlarının nələri bacaracağı dünyaya göstərilir. Gənclərin müsabiqəsi olan Texnofestə 10-larla gənc öz layihəsi ilə qatılıb.
Festival çərçivəsində ziyarətçilər bu gün də maraqlı avioşounu və su üzərində uçan adam şousunu izləyə bildilər.