FERMERLƏRƏ ŞAD XƏBƏR- BU MƏHSULLAR SIĞORTALANACAQ.

Aqrar sığorta ilə bağlı nə qədər vəsait ayrılıb?

Nazirlər Kabineti Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı qərar imzalayıb.İlk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? Məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və riskin 50%-ni öz üzərinə götürəcək.Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq.Həmçinin fermerlərin himayəsini gücləndirəcək.Məhsulların istehsalında artıma səbəb olacaq.Bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması,şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğundurun sığortalanması nəzərdə tutulub.Həmçinin  idxalın əvəz edilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambığın aqrar sığortalanması təmin ediləcək.Bundan başqa, məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar , balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə balıqların sığortası planlaşdırılır. Aqrar sığorta bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək.Ərzaq təhlükəsizliyinə töhfə verəcək.