EVLƏRİN QİYMƏTİ NİYƏ BAHALAŞIR ?
Baxış sayı: 533
Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra ölkə vətəndaşlarının qonşu dövlətlərə, o cümlədən Azərbaycana axını müşahidə edilir. Son dövrlər Rusiyada baş verən bu prosseslər ölkəmizin daşınmaz əmlak bazarına ciddi təsirləri gözlənilir. Ölkəmizə axın edən Rusiya vətəndaşlarının əksəriyyəti azərbaycanlı olsa da, lakin digər xalqların nümayəndələri də az deyil. Bəzi mütəxəssislərin proqnozlarına görə 1 aydan sonra daşınmaz əmlak bazarında qiymət artımı müşahidə oluna bilər. Hal hazırda daşınmaz əmlak bazarında tələb çox, təklif isə azdır. Qiymətlərin stabilləşməsi isə, əlbətdə ki, Rusiya – Ukrayna müharibəsinin gedişatından asılıdır.