EVDƏ QAL , BAKIYA VİRTUAL SƏYAHƏT ET

Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində sərhədlər bağlanıb və hər kəsə evdə qalmaq tapşırılıb.

Təəssüf ki, nəticədə gözəl paytaxtımız Bakıya turistlərin səfərləri müvəqqəti olaraq məhdudlaşdırılıb. Ona görə də Azərbaycan Turizm Bürosu , sizi xüsusi olaraq hazırlanmış platforma vasitəsilə virtual tura dəvət edir.Bu tur Bakını təkrarsız edən bütün gözəllikləri əhatə edir: YUNESKO Dünya İrs siyahısına salınmış İçərişəhər və səmalara yüksələn Alov Qüllələrindən dünya səviyyəli muzeylər, palçıq vulkanları və əbədi alovlara qədər. Bunun üçün salambaku.travel saytından istifadə edə bilərsiz.