İyulun 31-də Rusiya sərhədçiləri 32 il sonra İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanını tərk ediblər. Ermənistan KİV buradan çıxan rus sərhədçilərinin iki istiqamətdə xidmətə
göndərilməsi üçün tapşırıq verildiyini yazır. Sərhədçilərin bir hissəsinin Ermənistanın Türkiyə ilə, digər hissəsinin isə İranla sərhəd xətti boyu yerləşdiriləcəyi bildirilir.
İddialara görə, İrəvan hökuməti bir neçə ay öncə “Zvartnots” Hava Limanına nəzarəti tam ələ almaq üçün Moskvaya müraciət edib. Kreml əvvəlcə bu məsələ ilə razılaşmayıb. Lakin danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını sadəcə Ermənistan sərhədində xidməti davam etdirəcəyi halda tərk etməsi şərti irəli sürülüb. Rusların “Zvartnots”dan ən tez zamanda çıxmasını istəyən Baş nazir Nikol Paşinyanın bu şərtlə razılaşdığı bildirilir.