ERMƏNİSTANI YALNIZ AZƏRBAYCAN XİLAS EDƏ BİLƏR

"Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər. Bunu gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya

deyib. “Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək", - ekspert vurğulayıb. Onun sözlərinə görə, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq: "Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq".

Politoloq qeyd edib ki, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq: “Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onu xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”.