ErmənistanTəhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023 –cü ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayır. Ermənistan və
Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik dava edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa o zaman ilin sonuna qədər sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq – deyə Qriqoryan Ermənistan İctimai Telaviziyasının efirində bildirib. Onun sözlərinə görə rəsmi İrəvan iyunun 1-də Kişinyovda Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşünü müsbət qiymətləndirir. Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Beynəlxalq ictimaiyyətin bu gündəmə yardımı çox vacibdir – deyə Qriqoryan bildirib. Armen Qriqoryan onu da bildirib ki, delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Ermənistan rəsmisinin sözlərinə görə sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.