ERMƏNİSTANDA TÜRK DİLİ TƏDRİS OLUNUR

Ermənistanin təhsil ocaqlarında Azərbaycan və Türk dilləri əsas fənn kimi tədris oluna bilər. Ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini Janna Dreasyan ermənilərin Azərbaycan dilini bilməsinin vacibliyini vurğulayıb. Ermənilərin Azərbaycan və Türk dillərini öyrənməkdə məqsədləri nədir ? Dedikləri kimi qonşuları ilə münasibətləri normallaşdırmaq, yoxsa növbəti təxribatlara əl atmaqdır ? Ermənilərin bu addımının arxasında nəyin gizləndiyini, yaqin ki, zaman göstərəcək. Necə deyərlər, yaşayarıq – görərik.