ERMƏNİSTAN YENİ TƏXRİBATA HAZIRLAŞIR
Baxış sayı: 504
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərində iştirakdan imtina edib. Bu barədə Ermənistan MN – nin verdiyi bilgidə bildirilib. Qeyd olunub ki, Azərbaycan – Ermənistan sərhəddindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb. Qeyd edək ki, Qazaxstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26 – dan, oktyabrın 8 – ə dək keçirilməsi planlaşdırılıb. Bəs əslində nə baş verir ? Bu Ermənistanın rəsmi Moskvadan üz çevirməsidir, yoxsa sərhəddə yeni təxribatların olacağına verilən bir mesajdır ?
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından guya ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yardım göstərməyi xahiş etmişdi. Lakin saxta məlumatları işə yaramadı və istəklərinə nail ola bilmədilər. Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan isə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını təklif edib. Sabiq baş nazir bəyan edib ki, əgər İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarsa bu, qərbdən 300-400 milyon dollarlıq hərbi yardım almağa imkan verəcək. Daha sonra, İrəvanda bir qrup vətəndaş da aksiya keçirərək hökumətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı tələb ediblər.