ERMƏNİSTAN TÜRKİYƏ SƏRHƏDDİNDƏ NƏ BAŞ VERİR?

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndi ərazisində yeni gömrük binalarının tikintisinə başlanılıb. Bu barədə “Sputnik Ermənistan” bilgi yayıb.

Nazirlər Kabinetinin qərarına əsasən, artıq birinci mərhələdə podratçı şirkətə 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb. İkinci mərhələdə ayrılan vəsaitin həcmi 280 min ABŞ dolları təşkil edəcək və ən azı üç modul pavilyonun tikintisinə başlanılacaq.

   Xatırladaq ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisinə bu ilin may ayından hazırlaşmağa başlayıb . Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisi layihəsi üzrə layihələndirmə işlərinə göstəriş vermişdi. Tikintinin dəyəri təxminən 2 milyon dollardır. Keçid məntəqəsinin birmərtəbəli xidmət zalı, növbətçilərin istirahət otağı, dayanacaqlar və digər otaqlardan ibarət olacağı planlaşdırılır.