ERMƏNİSTAN SƏRHƏDƏ CANLI QÜVVƏ YIĞIR

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Bu barədə Müdafiə Nazirliyindən bilgi verilib.Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Ermənistan Müdafiə Nazirliyi isə Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində sərhəddə baş verən qarşıdurma zamanı 3 hərbçisinin yaralanması barədə bilgi yayıb. Ermənistan mediası erməni tərəfin itkilərinin artacağını istisna etməyib. Həmçinin caliber bilgi yayıb ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə kamikadze pilotsuz uçuşaparatlarından fəal şəkildə istifadə edir. İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir. “İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, – deyə bilgidə qeyde dilib. Hal hazırda Azərbaycan Ordusu zəruri cavab tədbirləri görür.