ERMƏNİSTAN SƏRHƏDİMİZƏ NİYƏ ORDU YIĞIR?

Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli

texnikasının intensiv cəmləşməsi qeydə alınıb. Bu barədə Teleqram kanallarında bilgi yayılıb.

Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.Ermənistan Müdafiə Nazirliyi ötən gün qoşunlarının Arazdəyən istiqamətindən Kərki kəndinə doğru hərəkətini əks etdirən görüntülər barədə açıqlama yayıb. Ermənistan MN yayılan görüntülərin həqiqəti əks etdirmədiyini iddia edib. Bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində son əməliyyat vəziyyəti stabildir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür.