ERMƏNİSTAN SÜLH MÜQAVİLƏSİ BAĞLAMAQ İSTƏYİR

Bakı və İrəvan sülh sazişinin bağlanması və sərhədlərin delimitasiyası şərtlərini razılaşdırıblar. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin ictimai televiziyasına müsahibəsində bildirib. ABŞ – ın Milli Təhlükəsizlik müşaviri Ceyk Salivan və Azərbaycan Prezidentinin köməkçisi Hİkmət Hacıyevlə Vaşinqtonda görüş zamanı biz sülh müqaviləsinin bağlanması şərtlərini, yəni ilin sonuna qədər belə razılaşmanın olmasını müzakirə etdik. Həmçinin delimitasiya məsələsinin də ilin sonuna qədər baş tutacağını da razılaşdırdıq – deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib. Xatırladaq ki, bir neçə gün bundan əvvəl Ermənistanın Xİ Naziri Ararat Mirzoyan parlamentin iclasında bildirmişdi ki,”Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur”. O, Azərbaycan tərəfinin bu ilin martında rəsmi İrəvana təqdim etdiyi 5 maddəlik təkliflər barədə Ermənistan və Beynəlxalq ictimaiyyətin bilgili olduğunu da vurğulayıb. Ermənistanın Xİ Naziri həmçinin qeyd etmişdi ki, Bakı və İrəvan arasında normal danışıqlar prossesi bundan sonra da davam edəcək.