ERMƏNİSTAN ORDUSU QARABAĞDAN ÇIXARILIR
Baxış sayı: 725
Rəsmi İrəvan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələri çıxarır.
Ermənistandan olan hərbi çağırışçılar daha Qarabağa göndərilməyəcək. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə söyləşisində deyib. Bununla belə o əlavə edib ki, Qarabağda yaşayan yerli çağırışçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək. A. Qriqoryan Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsini oradakı ermənilərin təhlükəsizliyinin təminatı hesab edib.
“Atəşkəs rejiminin bərpa olunmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”-deyə o qeyd edib.
Təhlükəsizlik Şurasının katibi onu da əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda yekunlaşacaq.