ERMƏNİSTAN ORDUSU HÜCUMA HAZIRLAŞIR
Baxış sayı: 503
Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki yerlərinə qaytarmaq üçün hücuma hazırlaşır. Bunu Ermənistan Baş Qərargah rəisinin müavini general mayor Arakel Martikyan jurnalistlərin – hansı cavab addımları atılacaq – sualını cavablandırarkən rəsmi şəkildə açıqlayıb. Əraziləri bərpa etmək üçün əmr almışıq. Əmri yerinə yetirmək borcumuzdur. Gələn ay bu baş tutacaq – deyə Martikyan əlavə edib. Bu açıqlamanın məqsədlərindən birinin daxili auditoriyanı sakitləşdirməyə hesablandığı bəllidir. Amma hücum edəcəkləri də inkar edilmir. Maraqlı burasıdır ki, məğlub ordunun generalı bunu açıq şəkildə bəyan edir. Habelə Ermənistan MN – i hərbçilərin yeni təlimini də planlaşdırır. Bu barədə nazirliyin mətbuat katibi Aram Torasyan bildirib. Onun sözlərinə görə bu dəfəki təlimlərə raket –arteleriya ixtisasına malik olan ehtiyadakı hərbçilər cəlb olunacaq. Təlimlər noyabrın 22 - dək keçiriləcək.