ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİ XƏBƏRDARLIQ ETDİ

Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində Ermənistanın Tavuş vilayətindəki bəzi ərazilərdə minatəmizləmə işləri aparılacaq. Bu barədə Ermənistan Müdafiə Nazirliyi bilgi yayıb. Bu səbəbdən 8-10 aprel tarixlərində sərhəddəki bəzi bölgələrdə partlayış səsləri eşidiləcəyinə dair xəbərdarlıq edilib. Nazirlik əhalini təşvişə düşməməyə çağırıb. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaya əsasən sərhədin delimitasiya və demarkasiya prosesinin növbəti mərhələsinin Gürcüstanla sərhəddən İrana kimi aparılması nəzərdə tutulub. Aprel ayı ərzində növbəti işlərin həyata keçiriləcəyi bildirilir.Minalardan təmizlənən ərazilərin proses çərçivəsində Azərbaycana təhvil veriləcəyi də iddialar sırasındadır. #Azərbaycan #Ermənistan #sərhəd #delimitasiya #demarkasiya