Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib.
Təsdiq edilmiş kənd və qəsəbələr siyahısında olmayan yeganə kənd Kərkidir.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.Bildirilib ki, bu, Ermənistan hökumətinin Kərkini tezliklə geri qaytarmağa hazırlaşması ilə bağlıdır.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə elan edib.