ERMƏNİSTAN GÜRCÜSTAN SƏRHƏDİNDƏ GƏRGİNLİK ARTIR

Ermənistan-Gürcüstan sərhəddində vəziyyət yenidən gərginləşib.  Sadaxlı keçid-sərhəd məntəqəsində Ermənistana əsasən ərzaq daşıyan 1800- ə yaxın yük maşını ölkə ərazisinə keçə

bilmir. Erməni mətbuatı yazır ki, mövcud vəziyyətlə bağlı Gürcüstan tərəfinə müraciət etməsinə baxmayaraq qarşı tərəf problemi məntəqədə aparılan təmir işləri ilə əlaqələndirib. Ermənistan tərəfi isə iddia edir ki, son vaxtlar sərhəddə Gürcü gömrükçüləri tərəfindən tez- tez belə hallar yaşanır. Qeyd edək ki, məsələnin bu qədər ciddi hal alması Gürcüstanın İrəvandakı fövqaladə və səlahiyyətli səfirinin Ermənistan XİN- ə çağırılaraq, etiraz notasının verilməsi ilə nəticələnib.