ERMƏNİSTAN AZƏRBAYCANLA SƏRHƏDLƏRİN AÇILMASINDA MARAQLIDIR

Vladivastokda keçirilən “VII Şərq İqtisadi Formu”nda çıxış edən Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycanla ölkəsi arasında sərhədlərin açılması məsələsinə toxunub. Bildirib ki, Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prossesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik. Erməni tərəfi görəsən Rusiyadan dəstək gözləməkdə yenə hansı marağı güdür ? Paşinyan habelə Cənubi Qafqazda nəqliyyat – komunikasiya əlaqələrinin bərpası istiqamətində fəaliyyət göstərən komissiyanın işindən də danışıb. Bildirib ki, əlaqələrin bərpası üzrə üztərəfli komissiyanın fəaliyyətində irəliləyiş var. Lakin, hələ ki, bütün məsələlər həllini tapmayıb.