ERMƏNİSTAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIYIR

Sülh təkcə mümkün deyil, həm də zəruridir. Bu mənim inamım, mövqeyimdir. Bunu Evronevs telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan

deyib. Mən buna inanıram. Amma bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüansları anlaması, bizim niyə sürətli templə irəliləmədiyimizi aydın şəkildə bilməsi vacibdir. İcazə verin Avropa İttifağı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldəki sondan əvvəlki görüşümüzə qayıdaq. Azərbaycan Prezidenti İlham Əliyevlə mən razılaşdıq. Daha doğrusu belə bir anlayışa gəldik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistan ərazisi 29.800, Azərbaycanın ərazisi isə 86.600 kvadrat km.-dir deyə Nikol Paşinyan bildirib.