ERMƏNİSTAN AZƏRBAYCANI SÜLH MÜQAVİLƏSİNİ İMZALAMAĞA DƏVƏT EDİR

Ermənistan Azərbaycanı sülh sazişinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və qalanları üzərində işi davam etdirməyə dəvət edir. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.“Sülh müqaviləsinin son layihəsində 17 maddə var, bunlardan 13-ü artıq tam razılaşdırılıb, o cümlədən preambula da. Daha 3 maddə birdən çox təklifdən ibarətdir ki, onlar da razılaşdırılıb. Bütün fundamental prinsiplər orada Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlı olduğu üçün bu mümkündür”, - o bildirib. Ermənistanın baş naziri hesab edir ki, heç bir sülh müqaviləsi bütün suallara cavab verə bilməz. Bu səbəbdən də sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulması üçün platforma yaratmaq mümkün olacaq ki, bu da digər məsələlərin həllini xeyli asanlaşdıracaq: “Razılaşdırılmış maddələrdə mexanizm var ki, sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələləri daimi platformada müzakirə etməyə imkan verir. Gözlənilir ki, saziş imzalandıqdan sonra tərəflər diplomatik münasibətlər quracaq və bu, məsələlərin müzakirəsi üçün əlavə platforma olacaq”.