ERMƏNİSTAN AZƏRBAYCANA SÜLH ƏLİ UZADIR?

Ermənistan Azərbaycan tərəfinə iki ölkə arasında sülh müqaviləsinin bağlanması ilə bağlı

yeni təkliflər göndərib. Bunu avqustun 24-də Ermənistan hökumətinin keçirilən iclasında baş nazir Nikol Paşinyan deyib. Bu barədə bilgini News.AM saytı yayıb.Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da Nazirlər Kabinetinin keçirilən iclasında İrəvanın öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsinin başa çatdırdığını bəyan etmişdi. Bundan əvvəl 2022-ci ilin martında rəsmi Bakı İrəvana münasibətlərin normallaşdırılmasına dair beş bəndlik təklif təqdim edib. “Biz rəsmi Bakının göndərdiyi təklifə dəyişikliklər edərək, öz variantımızı azərbaycan tərəfinə göndərmişik” – deyə Nikol Paşinyan əlavə edib.

{youtube}ZB4-Wy-iJos{/youtube}