ERMƏNİSTAN AZƏRBAYCANA 100 MİLYARD DOLLAR TƏZMİNAT ÖDƏYƏCƏK

İlin sonuna qədər sülh sazişi imzalana bilər, lakin bu, sülh xarakterli olmayacaq. Bu sözləri erməni mediasına müsahibəsində Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından

olan deputatı Armen Rüstəmyan deyib.O iddia edib ki, Azərbaycan Ermənistandan yeni güzəştlər, xüsusən də Bakının şərtləri ilə sərhədin delimitasiyası və demarkasiyası, Azərbaycan SSR-in Ermənistan ərazisindəki anklavlarının verilməsini tələb edəcək: “Anklavların verilməsi Ermənistan tərəfinin strateji əhəmiyyətli yollara nəzarət etməsini məhdudlaşdıracaq; İrəvanın bu marşrut üzərində nəzarət səviyyəsinin aşağı salınması ilə Naxçıvan muxtariyyəti ilə quru əlaqəsinin təmin edilməsi, Qarabağ münaqişəsi başlamazdan əvvəl respublikada yaşayan azərbaycanlıların Ermənistana qaytarılması da tələb ediləcək. Bundan əlavə, Bakı İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından Ermənistanı işğalçı kimi qələmə vermək və təzminat məsələsini gündəmə gətirmək üçün əsas kimi istifadə edə bilər. Söhbət 100 milyard dollarlıq təzminatdan gedir”.